İlbiz seliyi mənşəli multi-qlikoprotein kompleksi

Gəlin etiraf edək ki, ilbizlər sevimli canlılar hesab edilmir, hətda onlardan qorxan, iyrənc hesab edənlər də var. Lakin, nəzərə almaq lazımdır ki, qabıqları qırıldıqda belə onları bərpa edən, hətda yenidən istehsal etməyi bacaran canlılardan çox şey öyrənmək olar. İlbiz seliyi, ilbizlərin ifraz etdiyi mayelərdən ibarətdir (Kimsə düşünür ki, ilbizlər əzilib qarışdırılıraq birşeylər əmələ gətirilir). Seliyin tərkibində yüksək miqdarda allantonin, kallogen, elastin, glikolik turşusu və təbii antibiotiklər kimi üz üçün əhəmiyyətli olan materiallar mövcuddur.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, ilbiz seliyi üzdə olan toxumaları canlı tutmaqla yanaşı, eyni zamanda dərinin gənc qalmasına səbəb olur. İlbiz seliyinin əsas üstünlüklərindən biri də onun dəri səthində olan zərərli bakteriyalara qarşı qalxan rolunu oynamasıdır. O, üzdə olan sızanaqlar və digər üz dərisi problemlərinə qarşı effektiv təsir göstərir. Temzo gelin tərkibində olan ilbiz seliyi digər təbii komponentlərlə birləşərək dəridə olan problemlərə qarşı effektiv təsir göstərir, sızanaqları aradan qaldırır.