Lavanda efir yağı 150-dən çox komponentdən ibarət olan çox mürəkkəb bir kimyəvi tərkibə malikdir. Dəridə olan problemlərə qarşı antioksidant, antibakterial, iltihab əleyhinə olan təsirləri sübut olunmuşdur. Yağın istifadəsi bədən tərəfindən kollagen istehsalını stimullaşdırır, bu isə dərinin keyfiyyətini artırır, qıcıqlanmaya, qaşınmaya qarşı, hətda saç dərisində olan problemlərə belə effektiv təsir göstərir.
Lavanda efir yağı min illik tarixə malikdir. Qədimdə insanlar onu hətta böcəklərin dişləməsi zamanı zədələnmiş dərinin sağalmasında istifadə ediblər. Bu möcüzəvi Yağın vətəni aralıq dənizidir. Temzo gelin tərkibində olan Lavanda Efir Yağı digər 9 komponentlə birləşib dərinin daha dərin qatlarına nüfuz edərək dəri problemlərinin həllində müsbət nəticələr əldə etməyə imkan yaradır.